QR CodeQR Code

ABŞ və İsrail Müsəlmanların vəhdətini pozmağa can atırlar

İslamtimes , 27 Oct 2012 15:30

Islamtimes - Siyasi şərhçi və Müsəlman din xadimi deyib ki, ABŞ və Sionist rejimi İsrail Müsəlmanların Qərb güclərinə qarşı vəhdət halında olmasından qorxur və bu səbəbdən də müsəlmanlar arasında olan vəhdəti pozmağa can atır.


islamtimes.org/az/ - Vaşinqtondakı İslam Məscidinin İmamı Əbdul Əlim Musa deyib: “ABŞ və Sionistlər bilirlər ki, onlar baş verən dəyişikliklərin istiqamətinə təsir göstərə bilmirlər və bu səbəbdən də onlar regiondakı müsəlmanları sıxışdırmağa, incitməyə, əziyyət verməyə can atırlar.”

O əlavə edərək deyib: “Onlar ümid edirlər ki, əgər müsəlmanların daha çox əzab-əziyyət çəkməsini təmin etsələr, bu zaman müsəlmanlar Qərb güclərinə qarşı vədət halında dura bilməyəcəklər.”

Müqəddəs Məkkə şəhərində davam edən Həcc mərasiminə işarə edən Abdul Əlim Musa oradakı müsəlmanların ələ-ələ verərək bütün müsəlman dünyasının parlaq gələcəyi naminə işlər görəcəklərinə ümid etdiyini bildirib.

Həcc İslam sütunlarının birindən və dünyadakı insanların bir araya gəldiyi ən geniş yığıncaq hesab edilir. Müqəddəs ziyarətgah həmçinin Müsəlman vəhdətinin və Allaha təslimiyyətin göstəricisidir.


Story Code: 207009

News Link :
https://www.islamtimes.org/az/news/207009/abş-və-israil-müsəlmanların-vəhdətini-pozmağa-can-atırlar

Islam Times
  https://www.islamtimes.org