QR CodeQR Code

Azərbaycanlılar və ermənilər üçün “Sarı gəlin”

28 Oct 2012 09:13

IslamTimes - Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyəti (“AzərRoss”) və Rusiya Erməniləri İttifaqının Moskvada “Rusiyanın Azərbaycan və erməni diasporu: millətlərarası dialoq” mövzusunda keçirdiyi dəyirmi masada “Sarı gəlin” adlı müsiqi festivalının keçiriilməsi razılaşdırılıb.


Modern.az saytının xəbərinə görə, bu barədə oktyabrın 23-də hər iki diasporun birgə keçirdiyi dəyirmi masada adları çəkilən qurumların rəhbərləri Söyün Sadıqov və Ara Abramyan məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan ictimai-siyasi mühitində ciddi rezonas doğurmuş bu görüşə Rusiyada tanınmış bir sıra azərbaycanlılar qatılıb. Dəyirmi masada “Azərros”un rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin şef-redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və digərləri iştirak edib. /HaqqYolu/


Story Code: 207110

News Link :
https://www.islamtimes.org/az/news/207110/azərbaycanlılar-və-ermənilər-üçün-sarı-gəlin

Islam Times
  https://www.islamtimes.org