0
Sunday 28 October 2012 - 09:19

Misir İsrail rejiminə sərt çağırış etdi

Story Code : 207111
Misir İsrail rejiminə sərt çağırış etdi
Misirin Xarici İşlər Nazirliyi Fələstinin Şərqi Qüds və İordan çayının qərb sahilində qanunsuz tikinti işlərinin aparılmasına qərar verən İsrail rejiminindən dərhal bu planları dayandırmağı tələb edib.

“İsrailin Fələstinin Şərqi Qüds və İordan çayının qərb sahilində qanunsuz inşaat işləri aparmasını və burada gəlmə yəhudiləri yerləşdirməsini kəskin pisləyirik. Bu addım, Şərqi Qüdsü Fələstindən ayırmaq və bu bölgəni yəhudiləşdirmək siyasətinin tərkib hissəsidir. İsrail bu fəaliyyətini dərhal dayandırmalıdır”, - deyə Misir Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bu layihənin beynəlxalq qanun və konvensiyalara zidd olduğunu qeyd edək Misir XİN-i bu ölkənin İsrail rejimindəki səfirinin sionist rəhbərliyinə Misirin etiraz notasını çatdırdığını da bildirib.
Xatırladaq ki, beynəlxalq ictimaiyyətin bütün etirazlarına məhəl qoymayan İsrail rejimi bu tikintiləri davam etdirəcəklərini bildirib. /XezerXeber/
Comment