QR CodeQR Code

Mazlumder YAP-ı tənqid etdi

28 Oct 2012 12:59

IslamTimes - "Azərbaycan hökuməti azadlığa qarşı zor işlətməməlidir"


Türkiyədə fəaliyyət göstərən MAZLUMDER təşkilatının Ankara bürosunun rəhbəri Üzeyir Yigit bəyanat yayaraq müxalifət qüvvələrinin keçirdiyi 20 oktyabr aksiyasına hakimiyyətin zor tətbiq etməsini pisləyib. Ü.Yiğitin bəyanatında deyilir ki, YAP-ın deputatlarından biri olan Gülər Əhmədovanın Azərbaycan mediası və sosial şəbəkələrinə düşən qalmaqallı videogörüntülərindən sonra müxalifət qüvvələrinin keçirmək istədiyi etiraz aksiyasının qarşısını almaq üçün hakimiyyət qüvvələri Müsavat Partiyasını mühasirəyə alıb, partiyada keçirilməsi nəzərdə tutulan mətbuat konfransına müdaxilə edib.

Partiyanın polis həmləsinə məruz qaldığı, fəalların kütləvi şəkildə həbs edilməsi qeyd olunan açıqlamada daha sonra bildirilir ki, müxalifətin zora qarşılıq verməməsinə baxmayaraq ən təbii haqları olan dinc etiraz bildirməsi təşəbbüsününün zorla əngəllənməsi qəbuledilməz bir durumdur.

Bəyanatda qeyd olunur: "Daha öncələr də Azərbaycanda bənzər hərəkətlərlə rastlaşdığımız polisin bu davranışı Azərbaycanda müxalifətin mövcudluğuna dözümsüzlük kimi qəbul edilir. MAZLUMDER olaraq, Azərbaycan hökümətini demokratik etiraz və aksiyalara qarşı daha anlayışlı və hüquq çərçivəsində müdaxilə etməyə çağırıq".


Story Code: 207181

News Link :
https://www.islamtimes.org/az/news/207181/mazlumder-yap-ı-tənqid-etdi

Islam Times
  https://www.islamtimes.org