QR CodeQR Code

18 yaşlı Yəmənli Səudiyyə həbsxanasında ağır işgəncədən dünyasını dəyişib

İslamtimes , 28 Oct 2012 14:29

İslamtimes - Səudiyyə Ərəbistanın Sivil və Siyasi Hüquqlar Assosasiyası üzvünün bildirdiyinə görə 18 yaşlı gənc Yəmənli Səudiyyə kəşfiyyat idarəsinin həbsxanasında ağır işgəncə səbəbindən dünyasını dəyişib.


islamtimes.org/az/ - Muhəmməd əl Qahtani deyib ki, Yəmənli gənc həbsxana rəsmiləri tərəfindən tətbiq edilən ağır işgəncələr səbəbindən dünyasını dəyişib.

Yəmənli gəncin Səudiyyə Ərəbistanında nə üçün həbs olunduğu və onun siyasi məhbus olub-olmaması haqqında heç bir məlumat yoxdur.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə yüzlərlə siyasi məhbus Səudiyyə həbsxanalarında ağır şəraitdə saxlanılır və onların yanına heç bir hüquq müdafiəçisi buraxılmır.

Səudiyyə polisi şübhəli bilinən hər kəsi dərhal həbs edir. Həbs edilənlər adətən mühakimə olunmadan illərlə həbsxanada saxlanılırlar.

“Human Rights Watch” təşkilatı Səudiyyə rejimini tez-tez insan hüquqlarını pozduğu üçün tənqid atəşinə tutub.


Story Code: 207200

News Link :
https://www.islamtimes.org/az/news/207200/18-yaşlı-yəmənli-səudiyyə-həbsxanasında-ağır-işgəncədən-dünyasını-dəyişib

Islam Times
  https://www.islamtimes.org