0
Sunday 28 October 2012 - 14:44

Dempsy: ABŞ və Türkiyə artıq 5 ildir ki, Suriya haqqında müzakirələr aparırlar

Story Code : 207202
Dempsy: ABŞ və Türkiyə artıq 5 ildir ki, Suriya haqqında müzakirələr aparırlar
Dempsy: ABŞ və Türkiyə artıq 5 ildir ki, Suriya haqqında müzakirələr aparırlar
Islam times.org/az/ - Dempsey deyib: “Artıq beş ildir ki, biz Türkiyə ilə müştərək müzakirələr aparırıq və halhazırda isə Türkiyənin cənubi şərq ərazisindəki vəziyyəti araşdırırıq və Türkiyəyə qarşı ola biləcək ballistik raketlərin qarşısını almaq üçün əlimizdən gələni edirik.”

Amerikanın baş komandiri əlavə edərək deyib ki, Vaşinqton Türkiyəyə ölkə rəsmiləri ilə qonşu Suriyadakı vəziyyəti müzakirə etmək üçün hərbi qrup göndərib.

Bu açıqlama ABŞ Ordusunun generalı Mark Filip Hertlinqin Pentaqonun Türkiyə hökumətinin Suriyadakı münaqişənin öhdəsindən gəlmək üçün bir qrup əsgərləri Türkiyəyə yardım üçün göndərdiyini dedikdən sonra edilmişdir.

Hertling deyib: “Bizim halhazırda Türkiyədə bir qrup personalımız var.”

Bu arada Vaşinqton Postun verdiyi məlumata əsasən ABŞ və Türk rəsmiləri keçən həftə ərzində görüşərək Suriya ərazisi üzərində qeyri uçuş zonası yaratmaq və Suriyadakı kimyəvi və bioloji silahların müsadirə edilməsi haqqında müzakirələr aparıblar.

Məlumatda həmçinin bildirilir ki, Ankara və Dəməşq arasında olan sərhəd qalmaqalından sonra ABŞ kəşfiyyat və ordu rəsmiləri Türkiyə ilə daha da sıx əməkdaşlığa başlayıblar.
Source : İslamtimes
Comment