0
Sunday 28 October 2012 - 14:54

Suriyanın Hələb şəhərinin sakinləri üsyançılara qarşı etiraz nümayişləri keçiriblər

Story Code : 207206
Suriyanın Hələb şəhərinin sakinləri üsyançılara qarşı etiraz nümayişləri keçiriblər
Suriyanın Hələb şəhərinin sakinləri üsyançılara qarşı etiraz nümayişləri keçiriblər
SANA xəbər agentliyinin bildirdiyinə görə şənbə günü insanlar Dəməşqdən 355 km şimalda yerləşən Hələb şəhərinin qonşuluğundakı əl Mercah məntəqəsində nümayişlər keçirərək üsyançılardan bu əraziləri tərk etməyi tələb ediblər.

Üsyançılar isə nümayişi dağıtmaq üçün etirazçılara qarşı əl qumbaraları atıblar.
Nümayişlər zamanı ölüm və yaralanma hallarının baş verməsi haqqında hələ ki, heç bir məlumat yoxdur.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir.

Dəməşq ölkədə baş verən münaqişəyə görə xaricdən dəstək alan və idarə edilən silahlı üsyançıları günahkar hesab edir.

Suriya hökuməti bildirir ki, münaqişə xaricdən qızışdırılır və Səudiyyə Ərəbistan, Qətər və Türkiyə üsyançıları silah sursat ilə təmin edirlər.
Source : İslamtimes
Comment