QR CodeQR Code

Əsgərimiz özünü güllələdi

29 Oct 2012 15:59

IslamTimes - Azərbaycan Ordusu daha bir əsgərini itirib.


Apa-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Sıravi əsgər, 1993-cü il təvəllüdlü Pərvin Tofiq oğlu Babayev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Qeyd edək ki, P. Babayev Şərur rayonundan hərbi xidmətə çağırılıb.


Story Code: 207447

News Link :
https://www.islamtimes.org/az/news/207447/əsgərimiz-özünü-güllələdi

Islam Times
  https://www.islamtimes.org