QR CodeQR Code

ABŞ ikili siyasət yeridir

İslamtimes , 29 Oct 2012 19:55

İslamtimes - Əfqanlı millət vəkili ABŞ-ın Əfqanıstan ilə ikili siyasət yeritdiyini bildirmiş və Vaşinqtonu Taliban lideri Molla Ömər ilə iş birliyində olmaqda ittiham etmişdir.


islamtimes.org/az/ - Afghanpaper.com-a müsahibə verən Ramazan Bəşər Dust deyib ki, baxmayaraq ki, ABŞ Molla Ömərin yerini deyən şəxsə 25 milyon dollar pul vəd verib, ancaq özü artıq yeddi aydır ki, Qətərdə Molla Ömərin bir başa nümayəndəsi ilə danışıqlar aparır.

Əfqan rəsmisi həmçinin deyib ki, ABŞ-ın Əfqan polisinə Taliban döyüşçüləri ilə vuruşmaq üçün maddi yardım ayırmasına baxmayaraq, o həmçinin terrorist qrupa əfqan polisi ilə döyüşmək üçün yardım ayırır.

Millət vəkili həmçinin Vaşinqtonu Əfqanlara qarşı döyüşən Taliban qruplarına yardım etmək üçün Pakistanın daxili kəşfiyyat idarəsinə də maddi yardım ayırmaqda ittiham edib.

On ildən də çox çəkən müharibədən sonra Vaşinqtonun Əfqanıstana sülh və stabillik gətirmək haqqında vədlərinin öhdəsindən gələ bilmədiyini görürük.

ABŞ və onun müttəfiqləri 2001-ci ildə Vaşinqtonun terror ilə mübarizə kompaniyası adı altında Əfqanıstanı işğal etdilər.

İşğalçıların Talibanı hakimiyyətdən devirmələrinə baxmayaraq və minlərlə xarici qoşun dəstələrinin ölkədə olmasına baxmayaraq Əfqanıstanda təhlükə və qeyri stabillik hər gün artmaqdadır.


Story Code: 207498

News Link :
https://www.islamtimes.org/az/news/207498/abş-ikili-siyasət-yeridir

Islam Times
  https://www.islamtimes.org