QR CodeQR Code

Rusiyalı hərbi ekspert: Hizbullah İsraili Hərbi strukturada dəyişiklik etməyə məcbur edib

İslamtimes , 29 Oct 2012 20:26

Islamtimes - Rusiyanın tanınmış hərbi eksperti deyib ki, Hizbullah pilotsuz təyyarəsinin İsrail hava məkanına soxulması İsraili hərbi sahədə köklü dəyişikiliklər etməsinə səbəb olub.


islamtimes.org/az/ - Rusiyanın Milli Müdafə və Təhlükəsizlik jurnalının baş redaktoru İqor Karoçinko əl Manar televiziyasına müsahibə verərək deyib: “Hizbullahın bu cür təyyarəyə sahib olması İsrail komandirlərini öz hərbi planlarında köklü dəyişikliklər etməsinə səbəb olub.”

Ekspert deyib ki, pilotsuz təyyarənin uçuşu İsrail müdafiə sisteminin zəifliyini sübut etdi.

İsrail Hizbullahın bu uğurlu əməliyyatından dərhal sonra Hava Qüvvələrinin Hava Müdafiə bölməsinin komandiri Briqada Generalı Doron Qavişi vəzifəsindən azad etmişdir.

Kod adı Huseyn Əyyub olan bu əməliyyat nəticəsində Hizbullahın pilotsuz təyyarəsi İsrail hava məkanında təxminən 100 km yol qət etmiş və Dimona nüvə sahəsinə həddən artıq yaxınlaşmağa müvəffəq olmuşdur.

Hizbullah lideri Nəsrullah çıxış edərək bunun onların güclərinin sadəcə bir hissəsi olduğunu élan etmişdir.

O daha sonra Hizbullahın daha bir neçə belə təyyarələrinin İsrail hava məkanına göndərməyi planlaşdırdığını da bildirmişdir.


Story Code: 207501

News Link :
https://www.islamtimes.org/az/news/207501/rusiyalı-hərbi-ekspert-hizbullah-israili-hərbi-strukturada-dəyişiklik-etməyə-məcbur-edib

Islam Times
  https://www.islamtimes.org