0
Tuesday 30 October 2012 - 11:41

Rusiyadan ABŞ-a xəbərdarlıq

Story Code : 207644
Rusiyadan ABŞ-a xəbərdarlıq
"IslamTimes" Suriyanın "Sana" xəbər agentliyinə istinadən xəbər verir ki, Aleksi Puşkof deyib: "Dünya ölkələri başa düşməlidirlər ki, Suriyada terroristlərin silahlandırılması ilə bu ölkədəki böhranı həll etmək olmaz."

O əlavə edib ki, Suriyadakı böhranın gərginləşməsində ABŞ məsuliyyət daşıyır.

Rusiya Dumasının Beynəlxalq İşlər üzrə komitəsinin sədri əlavə edib: "Bilməliyik ki, Suriyada Əsəd əleyhinə vuruşanlara pul və silahla yardım göstərilməsi bu ölkədə böhranın həllini qeyri-mümkün edir. Vaşinqtonun Suriya ilə bağlı mövqeyi
digər oyunçulardan fərqlənir. Onların hərəkətləri göstərir ki, Vaşinqton və Əl-Qaidə Əsəd dövlətinə qarşı eyni cəbhədə yer alıblar."
Comment