0
Tuesday 30 October 2012 - 14:05

İsrailli analitik: Hizbullah İsrail qarşısında maneədir

Story Code : 207689
İsrailli analitik: Hizbullah İsrail qarşısında maneədir
İsrailli analitik: Hizbullah İsrail qarşısında maneədir
Islam times.org/az/ - İvrit (yəhudi) dilli “Globes news” xəbər agentliyi tərəfindən dərc edilən məqalədə Ronen Berqman yazaraq bildirir ki, 2006-cı ildə İsrailin Livan ilə 33 günlük müharibəsi İsrailin regionda yeni hərbi əməliyyatlar həyata keçriməyinin qarşısında bir maneə oldu və nəticədə İsrail Hizbullah ilə bir daha qarşılaşmamaq qərarına gəldi.

O deyib: “Bu illər ərzində Hizbullah hərbi və strateji cəhətdən regionda daha da güclənib və bu da İsraili İran nüvə obyektlərinə hücum etməkdən saxlayır.”

Analitikin bildirdiyinə görə İsrail baş naziri Benyamin Netanyahu
un geri çəkilməsinin əsas səbəbi 70 min raket və reaktiv mərmilərə sahib olan Hizbullahın İsraili intiqam məqsədi ilə viran qoymasından qorxması olub.

Berqman yüksək vəzifəli İsrail müdafiə rəsmisinin belə dediyini deyib: “Hizbullahın raketləri olmasaydı İsrail çoxdan İran nüvə obyektlərinə hücum etmişdir.”

Berqman daha sonra İsraili kəşfiyyat agentliyi olan Mossadın sabiq rəhbəri Meir Dagandan sitat gətirərək deyib: “2000-ci ildə İsrailin Livandan təlaşlı halda çıxmasından sonra Hizbullah dünyanın 90%-nin sahib olmadığı hərbi qüdrəti ələ gətirib.”

2006-cı ildə İsrailin Livan ilə 33 günlük müharibəsi zamanı Hizbullah İsrailə 4000 raket atmış və nəticədə 160 İsrail əsgəri həlak olmuş və Sionist rejimi geri çəkilmişdir.
Source : İslamtimes
Comment