QR CodeQR Code

Riyad İran nüvə alimlərinə qarşı Mossadın əməliyyatlarını maliyyələşdirir

İslamtimes , 30 Oct 2012 14:47

İslamtimes - Tanınmış jurnalist tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, Səudiyyə Ərəbistan İran nüvə alimlərinə qarşı sui qəsd əməliyyatları həyata keçirən İsrailin Mossad kəşfiyyat orqanının bu əməliyyatlarını maliyyələşdirib.


islamtimes.org/az/ - Mossad və Riyad arasında olan bu əməkdaşlıq Barry Landonun “Qəribə Aliyans: Səudiyyəlilər İsrail Mossadı maliyyələşdirir?” başlıqlı məqaləsində aşkar edilib.

Harvard və Kolumbiya Universitetlərinin məzunu olan və “60 Dəqiqə” mükafatı ilə təltif olunan Barry M. Lando artıq 25 ildir ki, araşdırmaçı jurnalist kimi fəaliyyət göstərir. Onun sonuncu araşdırma kitabı “Yalan Şəbəkəsi: Çörçildən Kennedi və Corc Buşa qədər Qərbin İraqda cinayətlərinin tarixi” adlanır.

Lando yazır:
“İsrail hökumətində yüksək vəzifələrdən birində çalışan dostum iddia edərək bidirib ki, İsrailin Mossad kəşfiyyat orqanı bir neçə dəfə Səudiyyə Ərəbistanına səfər edib. Bütün bu səfərlərin də məqsədi Səudiyyəlilərin Mossadın İranlı nüvə alimlərə qarşı keçirdikləri sui qəsd əməliyyatlarını maliyyələşdirmək haqda əldə olan razılaşmaya əsasəndir.

Dostumun iddiasına əsasən Mossad tərəfindən sui qəsdə görə təklif olunan məbləğ 1 milyard dollar təşkil edirdi. Onun dediyinə görə İran nüvə fəaliyyətinə zərbə vuracaq bu əməliyyata görə tələb olunan məbləğ Səudiyyəlilər tərəfindən çox aşağı məbləğ kimi dəyərləndirilib.

İlk baxışdan bu iddialar mənasız görünür. Ancaq digər tərəfdən də həqiqət olduğu anlaşılır. Son zamanlar Yaxın Şərqdə baş verən hadisələr deyilənlərin həqiqət olduğunu sübut edir.”


Story Code: 207714

News Link :
https://www.islamtimes.org/az/news/207714/riyad-iran-nüvə-alimlərinə-qarşı-mossadın-əməliyyatlarını-maliyyələşdirir

Islam Times
  https://www.islamtimes.org