QR CodeQR Code

Livanda İsrailə casusluq edən şəxs yaxalanıb

30 Oct 2012 17:24

IslamTimes - Livan təhlükəsizlik qüvvələri İsrailə casusluq edən bir nəfərin yaxalanmasıyla bağlı açıqlama yayıblar.


Saxlanılan şəxs Fələstin Azadlıq Təşkilatının üzvüdür. Livanın cənubundakı Sur şəhəri yaxınlarındakı Rəşidiyə mühacir düşərgəsində yaşayan fələstinli 6 il İsrailə casusluq etdiyini etiraf edib.

Livan mediayası həbs edilənin kimliyini və onun mülkü və ya hərbi məhkəmədə mühakimə olunması barədə məlumat yaymayıb.

İlkin ehtimallara görə, saxlanılan şəxs Livandakı son ixtişaşlar zamanı deşifrə edilib. /Islam-azeri/


Story Code: 207747

News Link :
https://www.islamtimes.org/az/news/207747/livanda-israilə-casusluq-edən-şəxs-yaxalanıb

Islam Times
  https://www.islamtimes.org