İran Xarici İşlər naziri Ramin Mehmanpərəst İsrailə qarşı bəyanat səsləndirib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Mehmanpərəst bildirib ki, İsrail qonşu ölkələrin suverenliyinə zərbə vurur və Sudanda baş verən son hadisələr bunu bir daha sübut etdi. İran XİN rəhbəri BMT-ni İsrailə qarşı tədbir görməyə də çağırıb və bildirib ki, müstəqil ölkənin zavodunu bombalamaq, ərazi bütövlüyü və suverenliyin pozulmasıdır.