QR CodeQR Code

İran BMT-yə çağırış etdi

30 Oct 2012 20:42

IslamTimes - İran İslam Respublikası işğalçı İsrailin cinayətlərinə son qoyulması ilə bağlı BMT-yə müraciət edib.


İran Xarici İşlər naziri Ramin Mehmanpərəst İsrailə qarşı bəyanat səsləndirib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Mehmanpərəst bildirib ki, İsrail qonşu ölkələrin suverenliyinə zərbə vurur və Sudanda baş verən son hadisələr bunu bir daha sübut etdi. İran XİN rəhbəri BMT-ni İsrailə qarşı tədbir görməyə də çağırıb və bildirib ki, müstəqil ölkənin zavodunu bombalamaq, ərazi bütövlüyü və suverenliyin pozulmasıdır.


Story Code: 207779

News Link :
https://www.islamtimes.org/az/news/207779/iran-bmt-yə-çağırış-etdi

Islam Times
  https://www.islamtimes.org