QR CodeQR Code

ABŞ İranı işğal etmək gücündə deyil

İslamtimes , 31 Oct 2012 23:34

İslamtimes - İranın könüllü Bəsic qüvvələrinin komandiri deyib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat başlatmaq gücü və şəraiti yoxdur.


islamtimes.org/az/ - Briqada generalı Muhəmməd Rza Nəqdi deyib: “İqtisadi vədlərinə əsasən ABŞ öz hrəbi büdcəsini azaltmalıdır. Bu səbəbdən də ABŞ-ın hər hansı bir ölkəyə qarşı müharibə başlatmaq arzusu yoxdur və İran kimi qüdrətli bir dövlətə qarşı müharibə başlatmağı isə heç xəyalından belə keçirtməz.”

İranlı komandir əlavə edərək deyib ki, ABŞ-ın İrana qarşı müharibə təhdidləri etməsinin səbəbi 1979-cu il İslam İnqilabından sonra İslam Respublikasına qarşı olan siyasətdə müvəffəqiyyət qazana bilməməsidir.

İranlı general həmçinin ABŞ-ın Əfqanıstan və İraqı işğallarından xeyli dərs götürdüklərini demiş və bildirimişdir ki, hərbi hücum barədə təhdidlər ABŞ-dakı prezident seçkiləri ərəfəsində namizədlərin Sionistlərin dəstəyini qazanmaq üçün edilən cəhdlərdir.

İran isə öz növbəsində ölkəsinə qarşı ola biləcək hər hansı bir hücuma qarşı məhv edici cavab verəcəyini söz vermiş və bu cür müharibənin bütün region ərazisinə yayılacağı haqqında xəbərdarlıq etmişdir.


Story Code: 208077

News Link :
https://www.islamtimes.org/az/news/208077/abş-iranı-işğal-etmək-gücündə-deyil

Islam Times
  https://www.islamtimes.org