0
Wednesday 31 October 2012 - 23:57

Azərbaycan transseksualizmin girdabında

Story Code : 208083
Azərbaycan transseksualizmin girdabında
Azərbaycan transseksualizmin girdabında
Qloballaşan dünyada insanların ətrafa və özünə müdaxilə formaları həm genişlənir, həm də inkişaf edir – insan Allahla yarışmaq istəyini reallaşdırır. Elə bunun nəticəsi kimi də, orqanizm üzərində müxtəlif dəyişikliklərin baş verməsini təmin edən ixtiralar yaranır. Bunlardan biri də, insanın cins dəyişmək istəyinin reallaşmasıdır.

Hələlik elm adamları bu istəyin hansı səbəbdən yarandığı sualına cavab tapa bilmirlər. Bir qism elm adamı bunu anadangəlmə xəstəlik, bir qism isə “xəstəlik- müalicəsi olan hadisədir” kimi deyib sadəcə seçim hesab edir.

Təbii ki, tibb elminin bu barədə son söz deyəcəyinə əminik və bu səbəbdən də işin bu qismini qoyub keçid alırıq Azərbaycan üçün ciddi hesab olunacaq problemə. Məlumat üçün bildirək ki, son dövrlərdə Azərbaycanda cinsini dəyişdirmək üçün həkimə müraciət edənlərin sayı günü-gündən çoxalır.

Apardığımız araşdırmada isə daha təhlükəli məqamlar üzə çıxdı. Sən demə, Azərbaycan trasseksualların bol olduğu ölkələr arasında ilk yerlərdəymiş. Bunu rəsmi göstəricilərdən əlavə, həm də məşhur tanışlıq saytlarında Azərbaycan bölməsinə girib də görmək olar. Azərbaycanda normal tanışlıq üçün müraciət forması doldurulan zaman ilk 25-30 yerdə ancaq transseksuallar pullu xidmətləri ilə qarşımıza çıxırlar. Müqayisə üçün bildirək ki, Azəbaycandan başqa heç bir ölkədə, o cümlədən qonşu Gürcüstan, Ermənistan və s. kimi ölkələrdə bu hala rast gəlmək mümkün deyil. Başqa sözlə, müasir dövrün tələblərinə uyğun olaraq xaricdə yaşayan istənilən bir adam Azərbaycanlı xanım axtarmış olsa, əvvəlcə transseksuallardan canını qurtarmalı olacaq. Bu isə bütün hallarda ölkəmiz barəsində mənfi rəy formalaşdırır.

Bu yerdə onu da qeyd edək ki, bəzən Avropa Şurasının “seksual azlıqların hüquqları” tələbini yanlış anlayıb, onların müstəsna hüquqlarının olduğunu iddia edən sıravi vətəndaşlar kimi, dövlət qrumları da rastımıza çıxır. Bu barədə bir qədər sonra yazacağıq. Hələliksə onu bildirək ki, seksual azlıqlara müstəsna hüququ Azərbaycandan heç bir qurum tələb etməyib və edə də bilməz. AŞ-ın tələbində sadəcə onların da normal insan kimi yaşama tələb olunur ki, bu da onları seksual vəziyyətlərinə görə təqibdən qorumağa xidmət edir. Bir növ irqi ayriseçkiliklə mübarizədə tətbiq olunan tələblər kimi.

Amma qeyd etdiyimiz kimi vəziyyəti ciddi mənada yanlış anlayıb, seksual azlıqların istədiklərindən artıq hüquq əldə etməsini tələb edən məqamlar meydana çıxıb. Bunlardan ən əsası transseksualların sərbəst şəkildə bədənlərini bazarlamasıdır. Təbii ki, bütün hallarda bu qanunla qadağan olunan haldır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 224-cü maddəsi (244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə)

Cəzası – iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə – ilə cinayət məsuliyyəti tələb edir. Buna baxmayaraq, hal-hazırda bütün tanışlıq saytlarında transseksuallar fahişəliklə məşğuldurlar və bunu çox açıq şəkildə edirlər. Məlumat üçün bildirək ki, istənilən transa internet vasitəsiylə “salam” yazmaq kifayətdir ki, “SALAM men qadin deyilem TRANSSEKSUALAM, shekiller 100% ozume aiddi, tek yashayiram ve öz evimde gorushurem. Temizliye super sekse ve sakitciliye tam arxayin ola bilersiz. Xidmetlerim ANAL, ORAL, PASSiV ve mushterinin isteyine gore AKTiVDE OLURAM nomrem: @@055@xx@@xx@@xx@@ (nömrə redaksiya tərəfindən “xx”lə əvəzlənib)” şəklində cavab alaq.

Həmin cavab mətnində həm əxlaqsızlığın yayılması, həm də əxlaqsız yuvalar təşkil etmə kimi ciddi məqamlar aydın şəkildə gürünür. Hətta bu kimi hallara qarşı tədbirlərin görülməməsi və yaxud da görülməyəcəyinə dair təminatın olması səbəbindən əxlaqsızlığa çağırış edən şəxs telefon nömrəsini də açıq şəkildə göstərir. Yəni qanunlara meydan oxuyur. Məlumat üçün bildirək ki, bu günədək Azərbaycanda transların əxlaqsızlıq təbliğ etmələrinin qarşısını almaq üçün heç bir tədbir görülməyib və CM-nın 224-cü maddəsi hələlik translara tətbiq olunmayıb.

Qeyd etdiyimiz kimi, artıq Azərbaycanda transseksualizm ciddi vüsət alıb. Hətta bir müddət əvvəl transların Bakıda toy çaldırdıqları və daha sonra da bar açdıqlarına dair mətbuatda məlumatlar dərc olundu. Bəs görəsən normal müsəlman ölkəsində bu halın geniş vüsət alması nədən yaranır?

Suala birmənalı cavab vermək mümkün deyil, çünki cavablar çoxdur. Bunlardan birincisi təbii seçimdirsə, digər sadalamalarda daha çox sosial vəziyyət önə çıxır. Hətta yaşayış səviyyəsinin minimum olmasının da məsələyə dəxli var – “kişi olma, ac olma”!

Yeri gəlmişkən, Azərbaycanda cinsiyyət dəyişmə hadisəsinin geniş yayılmasına xidmət edən daha bir məqam da, bu əməliyyatın qiymətinin dünyanın başqa dövlətləri ilə müqayisədə dəfələrlə ucuz olmasıdır. Müqayisə üçün bildirək ki, Azərbaycanda cinsin dəyişdirilməsi rəsmi olaraq yoxdur. Lakin illeqal yolla bu əməliyyat 15-30 min dollara başa gəlir. Eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yerli mütəxəssislər deyir ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Təbii ki, Türkiyədə bu əməliyyatın kifayət qədər bahalı olması dövlət siyasətidir və bu kimi halalrın qarşısını almağa xidmət edir.

Bu yerdə onu da qeyd edək ki, ölkəmizdə seksual aclığın olması bir həqiqətdir və bu həqiqət də ucuz qiymətli transların işinə yarayır. Təxminən 30-40 və daha az məbləğə müştəri yığan translar gün ərzində 150-200 AZN pul qazanırlar…

Bəli, bu bir həqiqətdir ki, bu gün daha çox kişilər qadın olmaq arzusundadırlar. Mütəxəssislər bildirir ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələli olaraq həyata keçirilir.

Bütün bu məlumatları analiz etdikdə isə istər-istəməz belə bir sual yaranır: Nəyə görə Azərbaycanda transseksuallar bütün dünyada olduğundan artıq qayğı görürlər? Nəyə görə bu işlə məşğul olmalı olan qurumlar onlara qarşı tədbir görmürlər?

pia.az
Source : Pia.az
Comment