0
Thursday 1 November 2012 - 11:46

Ayətullah Xamenei: Amerikaya Nifrət Günü...

Story Code : 208194
Ayətullah Xamenei: Amerikaya Nifrət Günü...
Cənab Rəhbər bu mübarizədə ABŞ-ın siyasi, iqtisadi, hərbi, ideoloji baxımdan İslam üsul-idarəsi qarşısında məğlub olduğunu vurğulayaraq buyurmuşdur:
Bu günün hər bir tarixi hadisəsində – İmam Xomeyninin (r) sürgünə göndərilməsi, şah rejiminin tələbələri qətliam etməsi, ABŞ-ın casus yuvası olan səfirliyinin tutulması kimi hadisələrdə - İran xalqı və İmam Rahil ABŞ imperializmi ilə baş-başa gəlmişdir...
Nəhayət, İmam Xomeyninin başçılığı altında İran xalqının böyük mübarizəsi başladı və xalq böyük fədakarlıqlar sayəsində ABŞ-ın əlaltısı olan hökuməti süquta uğratdı...
ABŞ-ın bu gün də fitnəkarlığı davam etdirməsinin səbəbi onun təkcə İranda yox, məntəqədə məğlubiyyətə uğramasıdır. Şimali Afrika, böyük ərəb məntəqəsində baş verənlər, millətlərin ABŞ-a nifrətinin artması həmin məğlubiyyətin nəticəsidir...
Əgər məntəqə dövlətləri və digər dövlətlər cürət edib Amerikaya Nifrət Günü təyin etsələr bəşər tarixinin ən böyük nümyişinə şahid olarıq...
ABŞ iddia edir ki, terrorla mübarisə aparır, eyni zamanda terrorçu Münafiqlər qruplaşmasını himayı edir, bu qrupun adını qara siyahıdan çıxarır...
ABŞ insan haqlarını himayə etdiyini deyir, hansı ki, insan haqlarına qarşı ən çirkin addımların arxasında dayanır. ABŞ 60 il məzlum Fələstin xalqını əzən İsraili himayə edir...
ABŞ iddia edir ki, dünyanın ən varlı ölkəsidir. Hansı ki hazırda dünyanın ən yoxsul xalqı amerika xalqıdır. Bunu Wall Street aksiyaları, xalqın “əzilən 99 faiz” şüarı aşkar göstərdi...
Məmləkətimizdə məsullar, xüsusilə hakimiyyəti təmsil edən üç qüvvə mövcud həssas şəraiti dərk edərək ixtilafları xalq arasına ötürməkdən çıkinməlidirlər...
İxtilaflarda xalqın həssaslığından istifadə edən hər kəs məmləkətə xəyanət etmişdir... /HaqqYolu/
Comment