0
Friday 2 November 2012 - 00:37

Türkiyə Suriya məsələsində geriyə addım atır

Story Code : 208387
Türkiyə Suriya məsələsində geriyə addım atır
Türkiyə Suriya məsələsində geriyə addım atır
Islam times.org/az/ - Ərdoğan bu açıqlamanı çərşənbə günü Berlində Almaniya kansleri Angela Merkel ilə görüşündən sonra edib.

Suriya üzərində qeyri uçuş zonası yaratmaq vaxtının gəlib çatması haqqında soruşulan suala cavabında Ərdoğan deyib ki, bu məsələ BMT Təhlükəszilik Şurasına aid olan bir qərardır.

O əlavə edərək deyib: “Əgər BMT bu haqda qərar verməyibsə, bu zaman Suriyanın üzərində belə bir zonanın yaradılmasını bəyan etməyə bizim hüquq və haqqımız yoxdur.”

Suriyanı ələ keçirmək üçün beynəlxalq koalisiyanın əsas alətlərindən olan Türkiyənin baş naziri Ərdoğan deyib ki, İraq üzərində qeyri uçuş zonasının tətbiq edilmə təcrübəsi bizə çox baha başa gəldi.

Türkiyə baş nazirinin sonuncu açıqlaması göstərir ki, Türkiyənin Suriyaya qarşı mövqeyində əvvəlki müharibə xarakterli təhdidlərinə baxmayaraq yumuşalma var.

Bu ayın əvvəllərində Ərgoğan élan edərək bildirmişdir ki, lazım olan şəraitdə Suriya ilə müharibə etməyə hazırdılar.
Source : İslamtimes
Comment