QR CodeQR Code

İvanişvili: “Rusiya ilə bütün əlaqələr tezliklə qurulacaq”

2 Nov 2012 08:39

IslamTimes - “Gürcü arzusu” koalisiyasının lideri Bidzin İvanişvili parlamentdə çıxışı zamanı bildirib ki, Rusiya ilə ticari və mədəni əlaqələr tezliklə qurulacaq.


“Mən fikirləşirəm ki, Gürcüstan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına qayıtması mümkündür və bu, hər iki ölkənin maraqlarına uyğundur.

Bu məsələlərin yaxın zamanlarda həlli gözlənilir. Mən dəqiq vaxtı deyə bilmirəm ancaq onu deyə bilərəm ki, ticarət və mədəni əlaqələr yaxın zamanlarda qurulacaq”. Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında iqtisadi və mədəni əlaqələr 2006-cı ildən dondurulub.


Story Code: 208445

News Link :
https://www.islamtimes.org/az/news/208445/ivanişvili-rusiya-ilə-bütün-əlaqələr-tezliklə-qurulacaq

Islam Times
  https://www.islamtimes.org