QR CodeQR Code

BMT: “Suriya əsgərlərinin güllələnməsi – hərbi cinayətdir”

2 Nov 2012 22:18

IslamTimes - BMT-nin İnsan haqları komissiyası bəyan edib ki, Suriya nümayişçilərinin hökumət ordusunun əsgərlərini heç bir məhkəmə və istintaq aparılmadan qətliam etdirməsini əks etdirən videolar hərbi cinayəti sübut edən faktlardır


BMT-nin İnsan haqları komissiyası bəyan edib ki, Suriya nümayişçilərinin hökumət ordusunun əsgərlərini heç bir məhkəmə və istintaq aparılmadan qətliam etdirməsini əks etdirən videolar hərbi cinayəti sübut edən faktlardır, - “BBC” xəbər verir. BMT nümayəndələri bildirib ki, İnternetdə yerləşdirilən bu videoların həqiqətə uyğunluğu araşdırılmalı və bundan sonra yeni cinayət işi açılmalıdır. Əldə edilən bu faktlar cinayət işinə əlavə edilməlidir. Qeyd edək ki, videoda silahlı nümayişçilərin yerə uzadılmış əsir əsgərlərin güllənməsi kadrları əks olunur. Ehtimal olunur ki, hökumət qüvvələrinin postuna hücum edən nümayişçilər əsgərləri əsir götürüb, daha sonra isə onları güllələyib. Xatırladaq ki, artıq bundan öncə “Beynəlxalq Amnistiya” təşkilatı da əsgərləri qətliam edən nümayişçilərin beynəlxalq normaları kobud şəkildə pozduğunu bəyan etmişdi. /Deyerler/


Story Code: 208569

News Link :
https://www.islamtimes.org/az/news/208569/bmt-suriya-əsgərlərinin-güllələnməsi-hərbi-cinayətdir

Islam Times
  https://www.islamtimes.org