0
Saturday 3 November 2012 - 08:39

Aksiyalarda polis özünü necə aparır?

Story Code : 208660
Aksiyalarda polis özünü necə aparır?
Modern.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən əlavə və dəyişikliklər əsasında təklif olunan cərimələrin artırılmasını dəstəklədiyini bildirib. Deputat bəzi həmkarlarına cəmiyyətdə yanlış təsəvvür yaratdığını deyərək, qeyd edib ki, burada cərimələrin necə ödənilməsindən söhbət getmir:
“Söhbət qeyri-qanuni aksiyalara nəzərdə tutulan cərimələrə aiddir və bu cərimələr də yalnız qeyri-qanuni aksiyalar keçirilərkən tətbiq olunacaqdır. İcazə verilmiş aksiyalarda heç bir məsuliyyət nəzərdə tutulmur. Hazırda Azərbaycanda bu məsələdə bir sıra dairələr qeyri-qanuni aksiyalar keçirməklə özlərini müəyyən dairələrdə nümayiş etdirməyə çalışırlar. Müxalifət belə üsullarla əl atmaqla müvafiq yerlərdə özlərini xaricdəki ağalarına göstərmək və bununla da mövcud olduqlarını nümayiş etdirmək istəyir”.
S. Novruzovun sözlərinə görə, aksiya keçirmək üçün yerlər ayrılır və burada aksiyaların keçirilməsinə heç bir məhdudiyyət yoxdur. Beynəlxalq təşkilatların bununla bağlı təzyiqlərin olmağı ilə bağlı deyilən fikirlərə toxunan deputat bu qurumları tənqid edib: “Fransa, İngiltərə və digər ölkələrdə qeyri-qanuni aksiyalar su şırnaqları, digər vasitələrlə yatırılır. Bizdə isə aksiyalarda polis özünü çox mədəni aparır. Bu aksiyalarda iştirak edənlər polisin əslini-nəcabətini söyür. Bütün bunlara baxmayaraq, polis öz işini görür”.
Daha sonra Siyavuş Novruzov bildirib: “Gördük də beynəlxalq təşkilatların mövqeyini Ramil Səfərov məsələsində. Onların iç üzünü gördük. Bu qanunun hərfləri qızıldan da olsa, onların bəhanələri yenə də əlindədir”.
Comment