0
Saturday 3 November 2012 - 14:11

“İrandan təbii qaz idxalını azaltmayacağıq”

Story Code : 208709
“İrandan təbii qaz idxalını azaltmayacağıq”
 APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara ABŞ rəhbərliyinin də belə bir tələb irəli sürməyəcəyinə inanır: “İranda təbii qaz idxalında hər hansı bir azaltmaya getməyi düşünmürük. Mövcud müqavilələr çərçivəsində hazırda razılaşmalarımızın 18-20 faizini yerinə yetiririk. İndiyədək İrandan idxal etdiyimiz təbii qazın azaldılması ilə bağlı heç bir tələb olmayıb. Belə bir tələbin irəli sürüləcəyini də təxmin etmirəm. Belə bir tələbin irəli sürülməsi yalnız İrandan aldığımız təbii qazın miqdarına deyil, Türkiyəyə qarşı sanksiya tətbiq olunmuş anlamına gəlmiş olar. Onsuz da hazırda belə bir məsələ müzakirə mövzusu deyil. İndiyədək amerikalı həmkarlarımla keçirdiyimiz görüşlərdə belə bir tələb irəli sürülməyib”.
Comment