QR CodeQR Code

Fransa prezidenti Suriya məsələsini müzakirə etmək üçün Səudiyyə Ərəbistana gedir

İslamtimes , 4 Nov 2012 15:44

İslamtimes - Fransa prezidenti Françios Holland Suriyadakı münaqişəni və Paris ilə Riyad arasında olan silah-sursat ticarətini müzakirə etmək üçün Səudiyyə Ərəbistana səfərə gedir.


islamtimes.org/az/ - Holland Səudiyyə Ərəbistan kralı Abdullah bin Əbdul Əziz ilə Ciddə şəhərində görüşməzdən əvvəl Beyruta səfər edəcək. Bu 2008-ci ildən bəri Fransa prezidentinin Beyrutda olacaq ilk səfəridir.

Fransa hökumətindəki mənbə bəyan edərək bildirib ki, Beyruta nəzərdə tutlmuş səfərdən məqsəd Livanın suverenliyini və dağıdıcı təhdidlər qarşısında onun bütövlüyünü qoruyub saxlamaq üçün siyasi bir jestdir.

Suriya 2011-ci ilin mart ayının ortalarından etibarən münaqişə içərisindədir.

Suriya Qərb dövlətləri ilə yanaşı Səudiyyə Ərəbistan, Qətər və Türkiyəni ölkədəki münaqişəni qızışdırmaqda ittiham edir.

ABŞ, Britaniya və digər Qərb dövlətləri Dəməşq hökuməti ilə danışıqlar aparacaq və əgər danışıqlar nəticə verməsə külli miqdarda silah-sursat ilə təmin edəcəyi nəzərdə tutlan yeni Suriya müxalifətinin yaradılacağı Qətər planına dəstək veriblər.


Story Code: 209037

News Link :
https://www.islamtimes.org/az/news/209037/fransa-prezidenti-suriya-məsələsini-müzakirə-etmək-üçün-səudiyyə-ərəbistana-gedir

Islam Times
  https://www.islamtimes.org