QR CodeQR Code

İsrail Yaxın Şərqdə sülhün bərqərar olmasının qarşısını alır

İslamtimes , 4 Nov 2012 15:51

İslamtimes - İranın Serbiyadakı səfiri deyib ki, İsrail rejiminin mövcudluğu Yaxın Şərqdə sülh və stabilliyin bərqərar olması qarşısında böyük maneədir.


islamtimes.org/az/ - Səfir Əbulqasim Dalafi deyib: “Yaxın Şərqdəki təhlükəszilik və stabillik qlobal sülh və stabillik üçün çox mühüm amillərdən biridir, ancaq bu sülhü bir qrup dağıdıcı təbiətə malik olan insan tərəfindən idarə edilən işğalçı Sionist rejimi səbəbindən ələ gətirmək mümkün deyil.”

O sözünə davam edərək bildirib ki, öz torpaqlarından zorla çıxarılan insanlar da daxil olmaqla Fələstin xalqı öz ölkələrinin gələcəyini özləri təyin etməlidirlər.

Dalafi deyib: “İşğal edilmiş ərazidəki Fələstinlilər və bu torpaqlardan kənarda olan qaçqınlar dinindən və irqindən asılı olmayaraq öz gələcəklərini referendum yolu ilə həll etməlidirlər.”

O əlavə edərək deyib ki, bu hədəfin həyata keçirilməsi regionda sülh və stabilliyi bərpa edəcək və regiondakı İslami Oyanış bu hədəfin əldə edilmək üzrə olduğunun göstəricisidir.

O daha sonra deyib: “Qərb Suriya xalqını müdafiə adı altında Suriya hökumətini devirmək üçün hər cür vasitədən istifadə edir. Ancaq eyni vaxta onlar həmçinin bütün vasitələrdən istifadə edərək öz xalqına zülm və işgəncə edən Bəhreyn rejimini dəstəkləyirlər.”

O əlavə edərək deyib ki, Suriya və Bəhreyn xalqı xarici müdaxilə olmadan demokratik yolla öz talelərini özləri həll etməlidirlər.


Story Code: 209038

News Link :
https://www.islamtimes.org/az/news/209038/israil-yaxın-şərqdə-sülhün-bərqərar-olmasının-qarşısını-alır

Islam Times
  https://www.islamtimes.org