0
Sunday 4 November 2012 - 17:36

Türkiyəyə məxsus biskvit daşıyan gəmidən silah-sursat çıxdı

Story Code : 209059
Türkiyəyə məxsus biskvit daşıyan gəmidən silah-sursat çıxdı
İslamAzeri-nin SABA-ya istinadən verdiyi xəbərə görə, bu gün Yəmənin Ədən körfəzi sahilində yerləşən Ədən azad iqtisadi zonasında gömrük məmurları Türkiyə bayrağı ilə hərəkət edən bir ticarət gəmisindən külli miqdarda qanunsuz silah-sursat aşkar ediblər.

Yoxlama üçün endirilən konteynerlərin içində rəsmi sənədlərdə 400 ton biskvit olduğu göstərilib.

Lakin "X ray" cihazı vasitəsilə yoxlanıldıqdan sonra məlum olub ki, konteynerlərdə biskvit qutularının içində 3 min ədəd müxtəlif adda silah-sursat mövcuddur.

Gömrük müfəttişliyindən hadisə ilə bağlı verilən açıqlamada, cinayət ətrafında geniş əməliyyatların başladıldığı, ilkin ehtimala görə hərbi sursatın Qətərdən və ya Dubaydan Yəməndəki "Əl Qaidə" terror qruplaşmasına göndərildiyi, buradan da qaçaq yolla Suriyadakı terrorçulara verilmək üçün Türkiyəyə aparıldığı bildirilib.

Qeyd edək ki, Adıçəkilən ölkələrin hər birində "Əl Qaidə" terror qruplaşmasının büroları mövcuddur.
Comment