0
Monday 5 November 2012 - 18:32

Suriya böhranına müdaxilə və bu müdaxilənin nəticələri ABŞ üçün təhlükəlidir

Story Code : 209116
Suriya böhranına müdaxilə və bu müdaxilənin nəticələri ABŞ üçün təhlükəlidir
Əslində Suriyada dövlətlə vuruşanlar demokratiya uğrunda vuruşmur. Amerikada bir tədqiqat mərkəzi yazır ki, ABŞ silahlı qruplaşmaları himayə etməməlidir və bu mövzuya ehtiyatla yanaşmalıdır. Ağ Ev uzun müddətli rabitələrə hesablanmış siyasət yürütməli, Yaxın Şərq mövzusuna həssas yanaşmalıdır. ABŞ təhlükəsizlik layihəsi mərkəzi Metyu Valinin məqaləsini yayıb. Məqalədə deyilir: Suriya böhranı ilə bağlı müzakirələr davam edir. Cənubi Kaliforniya Universitetindən doktor Filip Siblə birlikdə ABŞ-ın siyasətləri araşdırıldı. Sib ərəb ölkələri, o cümlədən Suriya ilə tanışdır. O Hafinqton Postda bir məqalədə bu barədə fikirlərini bölüşüb. ABŞ gücdən çox düşüncəyə ehtiyaclıdır.

Terrorizmin mahiyyətini, ərəb dövlətlərində baş verənləri əsas götürərək Sib düşüncəli güc siyasətini himayə edir. Onun nəzərincə Ağ Ev ikiyönlü strategiya ilə cavab verməlidir. Lazım gələndə soyuq müharibəni qəbul etməliyik. Heç şübhəsiz Əl-Qaidəyə qarşı əməliyyatlar iki dəfə araşdırılmalıdır. Çünki Amerikanın 1990-cı illərdəki siyasəti Əl-Qaidəni gücləndirib.

Amerika gücdən daha çox düşüncəyə ehtiyaclıdır. ABŞ-ın ərəb ölkələrindəki siyasəti modernləşmə istəyənlərin dəstəyi ilə həyata keçə bilər.

Suriyanın daxili işlərinə müdaxilə təhlükəlidir. Bunun acı nəticələri ola bilər. Ağ Ev uzunmüddətli siyasi proqram əsasında addım atmalıdır. Ümumi siyasət baxımından ABŞ silahlı qruplaşmaları himayə etməməlidir. Bu məsələdə Yaxın Şərqə həssas yanaşmaq lazımdır. Biz Suriyadakı qiyamçıları azadlıq mübarizləri adlandırmamalıyıq.

Sib vurğulayır ki, Əsədin müxaliflərini belə adlandırmaq ABŞ-ın xeyrinə deyil. Əsədin müxaliflərinin silahlandırılması ABŞ-ın dostlarının zərərinə tamamlana bilər. Bu nəticə Liviyada özünü göstərdi. Qiyamçılara verilən silah geri alınmır. Sib düşünür ki, Suriyaya münasibətdə bu nöqtələr nəzərə alınmır və ABŞ Suriyada ölçülü siyasət aparmır.
Comment