0
Monday 5 November 2012 - 06:49

Arxasız insanlar köpəklərə arxa olacaq!

Story Code : 209191
Arxasız insanlar köpəklərə arxa olacaq!
“Azərbaycan Heyvanları Mühafizə Cəmiyyəti” - sədri Azər Qarayev…
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyi - sədri Leyla Əlizadə…
“Reks” Heyvanları Müdafiə İctimai Birliyi - sədri Könül Salehova…
Deyirlər Azərbaycanda insan haqları pozulur, deməzlər heyvan haqları qorunur! İnsanın dili var, özünü müdafiə edə bilər. Əsas dilsiz-ağzsız heyvanlardır, mən ölüm.
Bakı Caz Mərkəzində sahibsiz heyvanlara yardım məqsədilə xeyriyyə konserti təşkil olunub. Musiqi axşamında Azərbaycanın Əməkdar Artisti, gənc pianoçu İsfar Sarabski mərasim iştirakçılarını salamlayaraq, sahibsiz heyvanların xilas edilməsi işinə töhfə verməyin hər bir şəxsin insanlıq borcu olduğunu deyib.
Sonra istedadlı pianoçu maraqlı caz kompozisiyaları ilə çıxış etmişdir. İ.Sarabskinin çıxışları mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Xeyriyyə gecəsində Aysel Məmmədova, Elnur Hüseynov, Lalə Səfərəlinin ifası mərasimə rəngarənglik gətirib.
Konsertdən yığılmış vəsait Heyvanları Müdafiə Təşkilatının fonduna köçürüləcək. (Kult.az)
Source : HaqqYolu
Comment