0
Monday 5 November 2012 - 07:10

Kazimeyndə partlayış edən terrorçu yaxalanıb

Story Code : 209192
Kazimeyndə partlayış edən terrorçu yaxalanıb
İraqın Daxili İşlər Nazirliyi paytaxt Bəğdadın yaxınlığında Kazimeyndə törədilən son partlayışlarda əli olan şəxsin polis tərəfindən həbs olunub.

Bu barədə xəbəri Fars Xəbər Agentliyi yayıb.

İraq Daxili İşlər naziri Ədnan əl-Əsədi bu xəbəri təsdiq edərək bildirib: “Ölkənin təhlükəsizlik qüvvələri Kazimeyn və Cəkuk məntəqəsində törədilən son terror aktlarında birbaşa əli olan şəxsi həbs etməyə nail olublar".

Ədnan Əl-Əsədinin sözlərinə görə sözü gedən şəxs digər bir terror əməliyyatı törətmək niyyətində olub.
Amma, təhlükəsizlik qüvvələri buna imkan verməyib və bu terrorçunu həbs edib.

Qeyd edək ki, mübarək Qurban Bayramı günlərində Bağdad və Kazimeyndə bir neçə terror aktının törədilməsi onlarla günahsız insanın ölümü və yaralanmasına səbəb olmuşdu.

İraq rəsmiləri ABŞ və bəzi ərəb ölkələrini, xüsusilə Ərəbistan və Qətəri bu ölkədə törədilən terror aktlarında təqsirkar bilmişdilər.
Source : IslamAzeri
Comment