0
Monday 5 November 2012 - 14:24

Suriya problemini "Üç"lük həll edəcək

Story Code : 209333
Suriya problemini "Üç"lük həll edəcək
Rusiya rəsmi Ankaranın Suriyadakı böhranın həllində təklif etdiyi yeni layihəsini müsbət qiymətləndirib. Bu barədə ictimiayyətə Rusiyanın xarici işlər nazirinin köməkçisi və prezident Vladimir Putinin Orta Şərq üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov məlumat verib. Onun sözlərinə görə, Suriyada böhranın həlli Rusiya-İran-Türkiyə üçlüyü tərəfindən hazırlanacaq.

Qeyd edək ki, xarici işlər nazirinin köməkçisi Mixail Boqdanov mövzu ilə bağlı bildirib ki, ölkəsi Suriyada sakitliyin hökm sürməsi üçün istənilən dialoq mexanizmininin faydalı olacağını düşünür.

Məlumat üçün bidirək ki, baş nazir Rəcəb Tayyib Ərdoğan İrana səfəri zamanı Suriya mövzusunda üçtərəfli müzakirə sistemi təklif edib.
Comment