QR CodeQR Code

"Ərli qadın İsrailin xilası üçün günah işlədə bilər"

6 Nov 2012 08:01

IslamTimes - "O, etiraf edib ki, "MOSSAD"da çalışarkən ərəb liderləri ilə yatıb və bu, gələcəkdə ərəbləri şantaj yolu ilə siyasi güzəştlərə məcbur etmək üçün düşünülüb"


Ötən həftənin axırlarında Misirin mərkəzi qəzetlərindən biri İsrailin "Kadima" Partiyasının keçmiş lideri (2008-2012) Tzipi Livninin qalmaqallı cinsi münasibətləri barədə sensasion material dərc edib. Qeyd edək ki, Livni 2006-2009-cu illərdə İsrailin xarici işlər naziri vəzifəsində çalışıb. O, eyni zamanda müxtəlif illərdə baş nazirin müavini, ədliyyə nazırı vəzifələrində çalışıb, Knessetin deputatı olub. Tzipi Livni "İrqun" sionist terrorçu qruplaşmasının liderlərindən biri olan Eytan Livninin qızıdır.

Teleqraf.com-un məlumatına görə, Misirin populyar "Əl-Masri əl-Yom" qəzeti həmin materialı "Livni siyasi güzəştlərə nail olmaq üçün ərəblərlə yatıb" başlığı ilə dərc edib.

Məqalədə 80-ci illərdə "MOSSAD"da çalışan Livninin keşmişinin qalmaqallı təfərrüatlarından bəhs edilir. İsrailın zman.com portalı sözügedən məqalə ilə bağlı dərc etdiyi materialda Misir qəzetinin yazdıqlarından sitat gətirib: "Guya Livni bildirib ki, o, İsrail dövləti üçün vacib informasiyanı əldə etmək üçün seksual münasibətlərin əleyhinə deyil. Misir qəzeti Livninin İngiltərənin "Tayms" qəzetinə müsahibəsində söylədiyi fikirləri xatırladıb. Livniyə aid olan bu sitatların yoxlanılması tamamilə əks məna verir. 2009-cu ildə Livni "Tayms" qəzetinə müsahibəsində deyib ki, hətta İsrailə vacib informasiya gətirəcək seksual münasibətlərin əleyhinə olub və olacaq. Başqa sözlə, misirli jurnalistlər həmin materialı Livninin əleyhinə çeviriblər. İsraildə seçkiqabağı ehtiraslar görünür, misirlilərə təsir edib. Odur ki, onlar sensasion və uydurma material dərc ediblər. Misir qəzetində jurnalist Məhəmməd Bxeyri bunları yazıb: "Livni etiraf edib ki, "MOSSAD"da çalışarkən ərəb liderləri ilə yatıb və bu gələcəkdə ərəbləri şantaj yolu ilə siyasi güzəştlərə məcbur etmək üçün düşünülüb".

Zman.com yazır ki, misirli jurnalist İsrailin tanınmış ravvini Ari-İtsxak Şabatdan da sitat gətirib: "Guya Şabat deyib ki, İsrail üçün əhəmiyyətli olan informasiyanı əldə etmək üçün düşmənlə yatmaq olar. Qəzetin yazdığına görə, guya ravvin deyib ki, ərli qadın İsrailin xilası üçün günah işlədə bilər".


Story Code: 209525

News Link :
https://www.islamtimes.org/az/news/209525/ərli-qadın-israilin-xilası-üçün-günah-işlədə-bilər

Islam Times
  https://www.islamtimes.org