0
Tuesday 6 November 2012 - 11:30

Hələbə növbəti uğursuz hücum cəhdi

Story Code : 209584
Hələbə növbəti uğursuz hücum cəhdi
"IslamTimes" "Əl-Aləm" telekanalına istinadən xəbər verir ki, Suriyadakı silahlı terroristlər ötən gün "Əl-Lirmun" Keçid məntəqəsinə hücum təşkil etməklə Hələb şəhərinə daxil olmağa cəhd ediblər. Amma Suriya ordusu həyata keçirdiyi əməliyyat nəticəsində çox sayda terroristi məhv etməyə müvəffəq olub.

Əl-Aləm kanalının reportyorları həmçinin bildirib ki, Suriya ordusunun Homs - Əl-Qəsir keçid yolunda bomba partlaması nəticəsində 3 nəfər yaralanıb.

Nəzərinizə çatdıraq ki, son günlər ağır itkilər verən terroristlər özünü itirmiş şəkildə hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində onlarla dinc sakin qətliam edilib.
Comment