0
Tuesday 6 November 2012 - 17:29

ABŞ Suriya müxalifəti üçün yeni komandanlıq formalaşdırır

Story Code : 209698
ABŞ Suriya müxalifəti üçün yeni komandanlıq formalaşdırır
ABŞ Suriya müxalifəti üçün yeni komandanlıq formalaşdırır
Islam times.org/az/ - Bazar ertəsi günü Qətərin paytaxtı Dohada görüşən Suriyanın xaricdən dəstək alan müxalifət qrupları beş günlük iclasın ikinci günündə ABŞ-ın Qərbdən daha çox yardım və dəstək almaq üçün yeni Suriyalı müxaliflərin müxalifət qruplarına daxil edilməsini tələb etdikdən sonra öz sıralarını genişləndirmək haqqında qərara gəliblər.

İclasdan məqsəd Suriya Prezidenti Bəşər Əsədə qarşı daha da vahid halında olan cəbhə yaratmaqdır.

Suriya Milli Şurasının sözçüsü Əhməd Kamilin bildirdiyinə əsasən ümumi katibliyin cari üzvlərinin sayı azaldılacaq və 13 yeni müxalifət qrupunu təmsil edən 200 yeni üzv qəbul ediləcək.

Keçən həftə ABŞ dövlət katibi Hillari Klinton Suriya Milli Şurasını qeyri-tipik müxaliftə qrupu adlandırmış və bu qrupun daha müxalifət blokunun rəhbəri olmağa layiq olmadığını bildirmişdir.

Ancaq Suriya Milli Şurası cümə günü bu ittihama cavab verərək Vaşinqtonu inqlabı kiçimsəməkdə və təfriqə toxumunu səpməkdə günahlandırıb.
Source : İslamtimes
Comment