QR CodeQR Code

Səudiyyə Ərəbistanından Romniyə dəstək

6 Nov 2012 22:26

IslamTimes - Səudiyyə Ərəbistanı və İsrailin Obamaya qarşı həmkarlığı nəticələrə təsir göstərəcəkmi?


ABŞ-da prezident seçkilərinə bir gün qalmış Səudiyyə Ərəbistanı krallığının Mitt Romniyə dəstəyi barədə xəbərlər yayıldı. Ərəbistanın ABŞ-dakı lobbisi İsrail lobbisi ilə sıx rabitədədir. Hətta bu rabitələr ABŞ təhlükəsizlik qüvvələrinin diqqət mərkəzindədir. Bildirilir ki, Ərəbistan vasitəçilərin əli ilə Romninin seçki kampaniyasına böyük maliyyə dəstəyi verib. ABŞ-dakı lobbi Romninin seçilməsi üçün ciddi fəaliyyətlər göstərib. Ərəbistan neft şirkətlərini də Romninin xeyrinə fəaliyyətlərə sövq edib.

Ərəbistanın kəşfiyyat xidmətinin başçısı Bəndər ibn Sultanın Romni ilə yaxın münasibətdə olduğu bildirilir. Bəndər ibn Sultan ABŞ-da nüfuz sahibidir. MOSSAD başçısı Tamir Pardo Riyaza məhrəmanə səfərində Bəndər ibn Sultanla ABŞ-dakı seçkilərə təsir mexanizmlərini müzakirə edib. Təbii fəlakət şəraitində keçirilən seçkilərdə xalqın iştirakından danışmağa dəyməz. Xüsusi dairələrdə isə Romni və Obama çiyin-çiyinə hərəkət edir. Obamanın Romnidən irəlidə olması ilə bağlı proqnozlar bu günlərdə özünü göstərəcək. Səudiyyə Ərəbistanı və İsrailin Obamaya qarşı həmkarlığı nəticələrə təsir göstərəcəkmi? Bunu seçkilər göstərəcək.


Story Code: 209768

News Link :
https://www.islamtimes.org/az/news/209768/səudiyyə-ərəbistanından-romniyə-dəstək

Islam Times
  https://www.islamtimes.org