QR CodeQR Code

Türkiyənin hakim partiyası parlament sistemindən prezident sisteminə keçməyi təklif edib

İslamtimes , 7 Nov 2012 15:16

Islamtimes - Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası (AKP) parlamentə ölkənin parlament sistemində prezident sisteminə keçmək təklifini verib.


www.islamtimes.org/az/ - Çərşənbə axşamı günü baş nazirin müavini Bekir Bozdağ deyib: “Biz fikirləşirik ki, ölkənin gücünü debatlara sərf etməkdənsə stabillik doğuracaq prezidnet sisteminə keçmək Türkiyə üçün daha da əlverişli olardı.”

Əgər bu təklif qəbul edilərsə bu zaman Baş Nazir Rəcəb Tayyib Ərdoğanın prezident olması üçün şərait yaranmış olacaq. Bu həmçinin prezidentə daha geniş səlahiyyətlərin verilməsi deməkdir.

Ərdoğan artıq növbəti müddətə Türkiyənin baş naziri postuna seçilə bilməyəcəyi üçün tez-tez 2014-cü il prezident seçkilərində iştirak edəcəyini bildirir.

Bu arada müxalifət Türkiyədə prezident sisteminin yaradılması təklifinə qarşı çımış və bidlirmişdir ki, bu Ərdoğana daha çox səlahiyyətlər verəcək.

Çərşənbə axşamı günü Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili AKP-nin bu təklifini rədd edərək tənqid etmişdir. Millət vəkili Muharrem İnce deyib: “ Bu Türkiyədə hakimiyyətdə bir partiyalı sistemin yaradılması deməkdir”


Story Code: 209892

News Link :
https://www.islamtimes.org/az/news/209892/türkiyənin-hakim-partiyası-parlament-sistemindən-prezident-sisteminə-keçməyi-təklif-edib

Islam Times
  https://www.islamtimes.org