QR CodeQR Code

Müdafiə Nazirliyindən kömək gözləyən zabitimiz öldü

7 Nov 2012 12:03

IslamTimes - Ağır xəstə olan Milli Ordunun ehtiyatda olan zabiti Rasim Kazımov vəfat edib.


Bu barədə “Qafqazinfo”ya zabitimizin yaxınları məlumat verib. Dünən saytımızda zabitimizin anası Şərafət Kazımova oğlunun ölüm ayağında olduğunu, hətta dərmana belə pul tapmadıqlarını demişdi. Bütün aidiyyətli qurumlar isə aylardır zabitimizin taleyinə biganə idilər.

Qeyd edək ki, 2010-cu ilin iyun ayında Rasim Kazımov sağlamlığımda yaranan problemə görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına köçürülüb. Burada müayinə zamanı qasıq nahiyəsindən götürülən biopsiyanın nəticəsi ilə ona qeyri-hockin limfoması diaqnozu qoyulub.

Zabitimizin anasının sözlərinə görə, daha sonra Kazımova hospitalda müalicə etmək mümkünsüz olduğunu bildiriblər: “Odur ki, oğlumu müalicə etmədən ordu sıralarından tərxis edərək, müalicə üçün Milli Onkoloji Mərkəzə köçürdülər. Burada öz hesabına oğlum 4 kurs kimyəvi müalicə aldı. Amma nəticəsi olmadı. Həkim bildirdi ki, sənin xəstəliyinin müalicəsi var, bunun üçün sənə Türkiyədə ilik köçürülməlidir. Türkiyədə bu əməliyyatı keçirmək isə bizim milli pulumuzla 60 min manata başa gəlir. Beləcə oğlumun müalicəsinin başqa ölkədə aparılması üçün heç bir kömək göstərilmədiyindən və bunun üçün özümüzün maddi imkanı çatmadığından Milli Onkoloji Mərkəzdə müalicə dayandırılıb”.

Bu da son… Mərhumun himayəsində isə iki azyaşlı uşaq var. Onların biri 3 yaş, digəri isə 2 yaşındadır.

Allah rəhmət eləsin!


Story Code: 209900

News Link :
https://www.islamtimes.org/az/news/209900/müdafiə-nazirliyindən-kömək-gözləyən-zabitimiz-öldü

Islam Times
  https://www.islamtimes.org