0
Wednesday 7 November 2012 - 15:57

ABŞ və İsrailin İran ilə müharibəyə girməyə cəsarət və gücləri yoxdur

Story Code : 209967
ABŞ və İsrailin İran ilə müharibəyə girməyə cəsarət və gücləri yoxdur
ABŞ və İsrailin İran ilə müharibəyə girməyə cəsarət və gücləri yoxdur
www.Islam times.org/az/ - İran Silahlı Qüvvələrinin rəis müavini Briqada Generalı Məsud Cəzayeri çərşənbə axşamı günü ABŞ və İsrailin İrana qarşı müharibə təhdidlərini mənasız və içiboş adlandırmış və onların İran ilə müharibə etməyə cəsarət və güclərinin olmadığını bildirmişdir.

Cəzayeri düşmənin bu təhdidlərinin qarşısını alamq üçün Tehranın öz müdafiə sistemini daha da inkişaf etdirməyi öz qarşısına məqsəd qoyduğunu bildirib.

İslam İnqilabının Mühafizə Korpusunun komandiri həmçinin ölkədə prezident seçkilərinin yaxınlaşdığı bir vaxtda düşmənin İran xalqı arasında təfriqə salmaq cəhdlərinə qarşı da xəbərdarlıq edib.

O üzərində məsuliyyət olan ölkə rəsmilərinə müraciət edərək xalqı düşmənin bu hiylələri haqqında məlumatlandırmağı tövsiyyə edib və deyib; “düşmən ağır müharibəni uduzduğu üçün, bizi yüngül müharibəyə cəlb etmək istəyir.”

Cəzayeri izah edərək bildirib: “Onlar çalışırlar ki, bizi yerli münaqişələr ilə başımızı qatsınlar və beləliklə də öz çirkin planlarını həyata keçirsinlər.”

O cəmiyyəti düşmənin bu təxribatı qarşısında ayıq-sayıq olmağa çağırıb və bildirib ki, ölkədə prezidnet seçkiləri yaxınlaşdığı bir vaxtda düşmənin bu təxribatı həm say, həm də kəmiyyət etibarı ilə artacaqdır.
Source : İslamtimes
Comment