QR CodeQR Code

ABŞ Yaxın Şərqdə olan Müsəlmanları qətlə yetirmək üçün terroristləri maliyyələşdirir

İslamtimes , 7 Nov 2012 17:05

İslamtimes - İranlı komandir deyib ki, ABŞ Yaxın Şərq ölkələrində, məxsusən də Suriyadakı müsəlmanları qətlə yetirmək üçün terroristləri maliyyələşdirir.


www.islamtimes.org/az/ - İslam İnqilabının Rəhbəri Ayətullah Əl üzma Seyyid Əli Xameneinin müşaviri olan General Mayor Seyyid Yahya Rəhim Səfəvi deyib: “Terroristlərə külli miqdarda maliyyə yardımı ayıran ABŞ-ın məqsədi Yaxın Şərq ölkələrində, məxsusən də Suriyada qardaş qırğını yaratmaqdır.”

ABŞ, Sionist rejimi İsrail və bəzi Ərəb və Avropa ölkələrinin Müsəlman dünyasında olan vəhdəti pozmağa çalışdıqlarını deyən İranlı komandir əlavə edərək deyib ki, ABŞ yaxın bir neçə ay ərzində Müsəlmanlar arasında təfriqə toxumunu səpmək üçün müxtəlif ölkələrdə olan terroristləri maliyyə yardımı ilə təmin edir.

Səfəvi əlavə edərək deyib: “ABŞ və Sionist rejimi hətta bəzi region dövlətlərini onların ardınca getməsinə məcbur edib.”

O qeyd edərək bildirib ki, Qərb dövlətləri, xüsusi ilə də ABŞ Müsəlman dünyasındakı vəhdəti aradan qaldırmaq istəyirlər.

2011-ci ili mart ayından etibarən Suriya münaqişə içərisindədir. Bu münaqişə səbəbindən təhlükəsizlik qüvvələri də daxil olmaqla xeyli insan qətlə yetirilmişdir.

Suriya hökuməti ölkədəki münaqişənin ölkədən xaricdə planlşdırıldığını bildirimiş və Səudiyyə Ərəbistanı, Qətəri və Türkiyəni müxalifəti silah-sursat ilə təmin etməkdə ittiham etmişdir.


Story Code: 209984

News Link :
https://www.islamtimes.org/az/news/209984/abş-yaxın-şərqdə-olan-müsəlmanları-qətlə-yetirmək-üçün-terroristləri-maliyyələşdirir

Islam Times
  https://www.islamtimes.org