0
Thursday 8 November 2012 - 12:39

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

Story Code : 210229
İran Xarici İşlər Nazirliyi bəyanat yaydı
İRİB-in məlumatına görə, sənəddə Böyük Britaniyanın baş naziri Devid Kemeronun İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü iddialar təkzib olunub və bunun Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatları ilə təzad təşkil etdiyi bildirilib. Bəyanatda qeyd olunub ki, D.Kemeronun İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı iddiaları boş və əsassızdır, həmçinin məntiqdən və həqiqətdən uzaqdır: “Böyük Britaniyanın baş naziri bölgə ölkələrinə silah ixrac etmək, regionun təbii sərvətlərini ələ keçirmək və digər rəqiblərindən geri qalmamaq üçün İranın sülh məqsədli nüvə fəaliyyətləri ilə bağlı əsassız iddialarla çıxış edir”.

Eyni zamanda bəyanatda Nüvə silahlarının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olan hər bir ölkənin dinc məqsədlə nüvə enerjisindən faydalanmaq haqqının olduğu vurğulanıb.

APA
Comment