QR CodeQR Code

Sabiq ABŞ rəsmisi: Səudiyyə Ərəbistan terroristlərə ən çox dəstək verən ölkələrdəndir

İslamtimes , 8 Nov 2012 16:27

İslamtimes - Bütün bunlar ABŞ-ın razılığı ilə həyata keçirilir.


www.islamtimes.org/az/ - Sabiq ABŞ rəsmisi Səudiyyə Ərəbistanın Suriyadakı terrorist qrupları ən çox dəstəkləyən dövlətlərdən olduğunu bildirimiş və demişdir ki, İraq daxilində münaqişə yaratmaq üçün İraqda baş verən terrorist hücumlarının da məsuliyyəti Səudiyyə Ərəbistanın üzərinə düşür və bütün bunlar ABŞ-ın razılığı ilə həyata keçirilir.

Fələstinin Əl Mənar qəzeti sabiq ABŞ rəsmisindən sitat gətirərək deyib: “Səudiyyə Ərəbistan Suriyada qan tökən terrorist cinayətkar qrupları ən çox dəstəkləyən və bu işdə ən fəal olan dövlətlərdəndir.”

2004-cü ildə öz vəzifəsini Səudiyyə Ərəbistan, Kuveyt, Suriya və İraqda icra etmiş siyasətçi əlavə edərək deyib: “Terrorizmi dəstəkləməkdə Səudiyyə Ərəbistan Türkiyə, Qətər və digər Yaxın Şərq dövlətlərindən irəlidə gedir.”

ABŞ diplomatı qeyd edərək bildirib ki, Səudiyyə Ərəbistan terroristlərin hücum, partlayış və döyüş qabiliyyətlərinin artırmaq üçün təlim düşərgələri yaradıb və terroristlərin ailələrini də maliyyə cəhətindən təmin edir.

O əlavə edərək deyib: “ABŞ Səudiyyə Ərəbistanın bu rolundan agahdır və Riyadın Suriyada döyüşmək üçün Əfqanıstan, Yəmən və digər ərazidən gətirdiyi döyüşçülərdən xəbəri var.”

Diplomat daha sonra qeyd edərək bildirib ki, 2006-cı ilin iyul ayında İraqda qətlə yetirilən Əl Qaidə lideri Əbu Musəb əl Zərqavi terror hücumları təşkil etmək və həyata keçirmək üçün Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən maliyyələşdirilirdi.


Story Code: 210295

News Link :
https://www.islamtimes.org/az/news/210295/sabiq-abş-rəsmisi-səudiyyə-ərəbistan-terroristlərə-ən-çox-dəstək-verən-ölkələrdəndir

Islam Times
  https://www.islamtimes.org