0
Friday 9 November 2012 - 09:50

Sudan prezidenti İsrail rejimini ölkəsinin əsas düşməni adlandırdı

Story Code : 210436
Sudan prezidenti İsrail rejimini ölkəsinin əsas düşməni adlandırdı
“İsrail düşmənimizdir, bizim bir nömrəli düşmənimizdir”, İTAR-TASS-ın verdiyi məlumata görə, prezident Sudanın dövlət televiziyasına müsahibəsidə deyib. O, müsahibəni əməliyyat olunduğu Səudiyyə Ərəbistanından verib.

Ömər əl Bəşirin sözlərinə görə, zavodun bombardman edilməsindən sonrakı vəziyyətdən çıxış üçün iki variant var - İsrail rejimi ilə münasibətləri normallaşdırmaq və ya cavab zərbəsi endirmək. O deyib ki, münasibətlərin normallaşması mümkün deyil, İsrailə zərbə endirmək üçün isə buna imkan verəcək texnologiya alınmalıdır: “Deyə bilmərəm ki, bu, mümkün deyil. Biz həmin texnologiyanı əldə etməyə çalışırıq”.

Rəsmi Xartum bəyan edib ki, İsrail rejimi oktyabrın 23-də “Yarmuk” zavodunun bombalanması üçün dörd gözəgörünməz radar yollayıb. İsrail rejimi tərəfi isə bu itihamları nə təsdiq, nə də təkzib edib. Əvəzində İsrail rejimi Sudanı HƏMAS və “Hizbullah”a silah çatdırılmasına vasitəçilik etməkdə günahlandırıb. /anspress/
Comment