QR CodeQR Code

“Sendi” qasırğasından sonra qar ABŞ-da həyatı iflic edib

9 Nov 2012 10:03

IslamTimes - Amerika Birləşmiş Ştatları “Sendi” qasırğasının təsirindən özünə gəlməmiş, ölkənin şərq sahilləri bu dəfə güclü qar çovğunu ilə üzləşib.


Nyu York, Nyu Cersi, Şərqi Pensilvaniya və Konnektikut ştatlarına gecə saatlarında 15 santimetr qalınlıqda qar düşüb. Əksər obyektlər hələ də “Sendi” qasırğasının səbəb olduğu dağıntılardan sonra açılmayıb. Digər tərəfdən isə qar çovğunu elektrik xəttlərini sıradan çıxarıb. Güclü küləkdən sonra, 20 minə yaxın ev faktiki olaraq işıqsız qalıb. Nyu Yorkda ağacların kökündən çıxaraq insanlar üzərinə aşma təhlükəsi olduğundan, parklar bağlanıb, təmir-tikinti işləri dayandırılıb. Temperaturun tədricən aşağı düşməsinə baxmayaraq, əksər evlərdə isitmə sistemləri işləmir. Pis hava şəraiti nəqliyyata da təsirsiz ötüşməyib. Nyu York və Nyu Cersinin hava limanlarında, ümumilikdə, 1700-ə yaxın hava reysi təxirə salınıb. Nyu Cersi qubernatoru əhaliyə, yaxın günlərdə yenə oxşar çovğun ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. /anspress/


Story Code: 210439

News Link :
https://www.islamtimes.org/az/news/210439/sendi-qasırğasından-sonra-qar-abş-da-həyatı-iflic-edib

Islam Times
  https://www.islamtimes.org