0
Friday 9 November 2012 - 12:29

Pan Gi Mun narahatdır

Story Code : 210447
Pan Gi Mun narahatdır
BMT-nin Baş katibi Pan Gi Mun İsrailin Baş naziri Binyamin Netanyahunun İranın ünvanına səsləndirdiyi təhdidlərdən narahatdır.

Bu barədə BMT baş katibinin mətbuat xidmətinin rəhbəri Martin Nesirski məlumat verib. Onun sözlərinə görə, İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai fakta münasibət bildirilməsi tələbi ilə təşkilat rəhbərliyinə məktub ünvanlayıb.

“Bununla belə, məktubun BMT baş katibinə şəxsən təqdim edilməsi barədə məlumat yoxdur”,- Martin Nesirski deyib.

O həmçinin, Pan Gi Munun səsləndirdiyi bəyanatda Yaxın şərqdə mövcud problemin yalnız sülh yolu ilə edilməsinin vacibliyi vurğulandığını sözlərinə əlavə edib.
Source : XezerXeber
Comment