0
Friday 9 November 2012 - 22:05

İran İsrailə xəbərdarlıq etdi

Story Code : 210580
İran İsrailə xəbərdarlıq etdi
İran İsrailə xəbərdarlıq etdi
Islam times.org/az/ - Çərşənbə günü BMT baş katibi Ban Ki-mun və Təhlükəsizlik Şurasının rəhbərinə ünvanladığı məktubda Xəzai deyib: “İran İslam Respublikası heç bir vaxt müharibə başlatmayıb və heç vaxt da digər bir ölkəyə hücum etmək haqqında qərarı olmayıb. Ancaq BMT-nin 51-ci qanununa əsasən İran xalqına və ya ərzisinə qarşı hər hansı bir hücum olacağı təqdirdə İran bu hücuma daha ağır və ciddi cavab verməyə və müəyyən tədbirlər görməyə heç vaxt tərəddüd etməyəcək.”

5 Noyabrda İrana qarşı yenə də hücum təhdidləri edən İsrail baş naziri Benyamin Netanyahu deyib ki, onlar İranın nüvə obyektlərinə hücum etməyə hazırdılar.

Xəzai İsrail baş nazirinin İran nüvə proqramına qarşı bu təhdidlərini “fitnəkar, dağıdıcı və hədələyici” adlandırmış və bu cür təhdidlər etməklə İsrailin BMT qanunları ilə yanaşı beynəlxaql tənzimləmələri pozmaqla dünya sülhünə və stabilliyinə təhlükə yaratdığını deyib.

İran rəsmisi daha sonra deyib: “Özünün sahib olduğu nüvə silahı ilə regiona daha çox təhlükə mənbəyi olan rejimin bu cür əsassız və sübutsuz təhdidlər etməsi həqiqətdə gülüncdür.”

O BMT-ni İsrailin bu təhdid və hədələrinə qarşı təcili ölçü götürməyə səsləmiş və bu cür halların bir daha baş verməməsi üçün İsrailə xəbərdarlıq etməsini tələb etmişdir.
Source : İslamtimes
Comment