0
Friday 9 November 2012 - 23:29

MAQATE rəhbərindən İranla bağlı şok açıqlama

Story Code : 210596
MAQATE rəhbərindən İranla bağlı şok açıqlama
İranın nüvə obyektlərinin əksəriyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır və aparılan araşdırmalar onların dinc məqsədlərlə fəaliyyət göstərməsindən xəbər verir. MAQATE-nin baş katibi Yukio Amano belə bir bəyanatla çıxış edib, - “RİA Novosti” xəbər verir.

Amano qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat heç bir zaman İranın nüvə silahı əldə etməyə çalışdığını və bu istiqamətdə işlər görməsini iddia etməyib.

“MAQATE-nin hazırladığı hesabatlar İranın nüvə silahına malik olması barədə məlumatlar verməyib. Bizdə belə bir məlumat yoxdur və olmayıb. Biz heç vaxt belə deməmişik”, - deyə MAQATE rəhbəri vurğulayıb. /Deyerler/
Comment