0
Saturday 10 November 2012 - 09:57

Böyük Britaniyanın ikili siyasəti üzə çıxdı

Story Code : 210667
Böyük Britaniyanın ikili siyasəti üzə çıxdı
Böyük Britaniyanın ikili siyasəti üzə çıxdı
Islam times.org/az/ - Baş nazir David Cameron çox asanlıqla televiziya kanallarının kameraları qarşısında duraraq ictimaiyyətə sülh və demokratiya dəyərləri haqqında xeyli mühazirə etməyə hazırdır.
Ancaq, əmələ gəldikdə o öz hərəkətləri ilə sadiq qaldığı dəyərləri bir an içində altüst edir.


Halhazırki Böyük Britaniya hökuməti təkcə Suriyadakı münaqişənin səbəbkarlarından biri deyil, həmçinin Liviyaya NATO-nun qeyri qanuni şəkildə girərməsinə və ölkəni dağıtmasında bir başa rolu olan dövlətlərdəndir.

Bir neçə gün bundan əvvəl David Cameron Suriyada hökumət əleyhinə döyüşən terroristlərə daha çox silah-sursat və digər yardımlar etməklə hökumətinin bu münaqişə ilə daha çox maraqlanmaq niyyətlərini aşkar etdi.

Britaniya hökuməti prezident Bəşər Əsəd hökumətinə qarşı döyüşən silahlı üsyançılara kəşfiyyat agentləri vasitəsilə və üsyançıları loqistik yardım və kommunikasiya vasitələri ilə təmin edən xüsusi dəstələr vasitəsilə yardım etməklə Suriyada mövcud olan münaqişəni daha da qızışdırmış olur.

Bundan başqa Britaniya təkcə NATO-nun Liviyaya hücum etməsindən bir neçə ay əvvəl devrilmiş Qəddafi rejiminə xeyli silah-sursat ixrac etmiş, həmçinin Misirdə devrilmiş diktator Hüsni Mübarəkə və keçən ilin fevral ayından etibarən demokratiya uğrunda mübarizə aparan insanları amansızca qətlə yetirən və həbs edən Bəhreyn rejiminə də xeyli silah-sursat ixrac etmişdir.

Bu arada David Cameronun keçən həftə Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı onu Britaniyanın silah istehsalçıları da müşayiət edirdilər.

Britaniya Səudiyyə Ərəbistan və Bəhreyn kimi ölkələrdəki diktatorlara silah-sursat satmaqla yanaşı heş vaxt özünün sülh və demokratiya tərəfində olmasını iddia etməsi düzgün deyil. Bütün xarici səfərləri zamanı baş nazir özünü silah sənayesinin satış meneceri kimi göstərmiş olur.

Silah Alveri Əleyhinə Kompaniyanın üzvü Henry MCLaughlin deyib: “Son iki il ərzində müəyyən Ərəb ölkələrində baş verənlərə baxmayaraq, Britaniya hökuməti silah-sursat satmaqla avtoritar rejimləri dəstəkləməyə və sonrada müəyyən qrup insanlara silah-sursat verməklə ərazidə münaqişə yaratmağa şərait yaradırlar.”
Source : İslamtimes
Comment