QR CodeQR Code

Serj Sərkisyan Fransaya üç günlük səfərə gedir

10 Nov 2012 16:34

IslamTimes - İşğalçı Ermənistan prezidenti Serj Sərkisyan sabah Fransaya üç günlük səfərə gedəcək.


APA-nın məlumatına görə, Ermənistan prezidentinin Parisdə fransız həmkarı Fransua Olland, baş nazir Jan-Mark Ero, Milli Assambleyanın və Senatın rəhbərləri ilə görüşəcək. Serj Sərkisyanın parlamentdə Ermənistan-Fransa dostluq qrupunun üzvləri ilə görüşü də planlaşdırılır. Görüşlərdə iki ölkə arasında münasibətlərin aktual məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında müzakirələr aparılacaq.


Story Code: 210800

News Link :
https://www.islamtimes.org/az/news/210800/serj-sərkisyan-fransaya-üç-günlük-səfərə-gedir

Islam Times
  https://www.islamtimes.org