QR CodeQR Code

İraq-Rusiya hərbi müqaviləsi qüvvədə qalır

10 Nov 2012 20:38

IslamTimes - İraqın müdafiə naziri Rusiya ilə 4,2 mlrd dollarlıq hərbi müqavilənin ləğvi xəbərini təkzib etdi.


“IslamTimes” “Lenta.ru”-ya istinadən xəbər verir ki, oktyabrın əvvəllərində Rusiyanın İraqla 4,2 mlrd dollarlıq hərbi müqaviləsi ABŞ-da böyük nigarançılıq yaratmışdı. Böyük silah satışının detalları gizli saxlanılırdı.

10 noyabrda “FrancePress” xəbər yaydı ki, İraq tərəfi birtərəfli qaydada müqaviləni ləğv edib. İraqın müdafiə naziri Səudun əl-Dulaimi mətbuatda yayılmış bu xəbəri təkzib edib. Nazir bildirib ki, müqavilə bənd-bənd icra olunur və heç bir problem yoxdur. Bununla belə Moskva hərbi sənayesinin nüfuzlu şəxsi bu hərbi razılaşmadan dolayı ABŞ-ın Bağdada təzyiq göstərdiyini bildirib.


Story Code: 210846

News Link :
https://www.islamtimes.org/az/news/210846/iraq-rusiya-hərbi-müqaviləsi-qüvvədə-qalır

Islam Times
  https://www.islamtimes.org