0
Sunday 11 November 2012 - 22:54

Moskva Nyu-Yorka humanitar yardım göndərir

Story Code : 211087
Moskva Nyu-Yorka humanitar yardım göndərir
“IslamTimes” Rusiya mətbuatına istinadən xəbər verir ki, Sendi qasırğasından sonra ABŞ-da yaranmış böhranlı durumun aradan qaldırılması üçün Nyu-Yorka iki təyyarə humanitar yardım göndəriləcək. Rusiyanın İl-76 təyyarələri ABŞ-a 50 ton yük çatdırmalıdır. Humanitar yardımın 12 noyabrda Ramenskoye hava limanından yola salınacağı nəzərdə tutulur.

Sendi qasırğası Nyu-York və Nyu-Cersidə misli görünməmiş dağıntılara səbəb olub. 40 min amerikalının evsiz qaldığı bildirilir. İki şəhərdə hələ də elektrik təchizatı bərpa olunmayıb. Narazı əhali Lonq Aylend şirkəti qarşısında izdihamlı aksiya keçirib. Sendi qasırğasının ABŞ-a 50 mlrd dollar zərər vurduğu bildirilir.
Comment